İsrail Prezidenti hökumətə çağırış etdi
İsrail Prezidenti İshaq Hersoq hökuməti məhkəmə islahatlarının qəbul edilmə prosesini dərhal dayandırmağa çağırıb.
“Qafqazinfo” xəbər verir ki, İsrail Prezidenti bununla bağlı öz rəsmi tviter hesabında paylaşım edib.
“İsrail xalqının birliyi, eləcə də məsuliyyət naminə sizi qanunvericilik prosesini dayandırmağa çağırıram. Milli təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət, hər şey təhlükə altındadır”, – deyə Hersoq bildirib.
Xatırladaq ki, İsraildə Nazirlər Kabinetinə qarşı ilk kütləvi etirazlar yanvarın əvvəli başlayıb. Aksiya iştirakçıları ölkənin Nazirlər Kabinetinin təklif etdiyi məhkəmə islahatına etiraz ediblər. Məhkəmə sistemində islahatları nəzərdə tutan qanun layihəsi fevralın 20-si birinci oxunuşda qəbul edilib. Dəyişikliklər hökumətin hakim seçimi ilə bağlı səlahiyyətini genişləndirir, eləcə də Ali Məhkəmənin qanunları ləğv etmək səlahiyyətini məhdudlaşdırır.