İsrail Qəzzada HƏMAS-ın postlarına hücum edib, ölənlər var

İsrailin Qəzza sektorunu atəşə tutması nəticəsində 2 fələstinli ölüb.
Minval.İnfo“Report”-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, atəş nəticəsində həmçinin 1 nəfər də ağır yaralanıb. Qeyd edək ki, İsrail Fələstinlə sərhəddə əsgərinin atəşə tutulmasına cavab olaraq HƏMAS-ın Qəzza sektorundakı postlarına hücum edib.
İsrail Fələstinlə sərhəddə əsgərinin atəşə tutulmasına cavab olaraq HƏMAS-ın Qəzza sektorundakı postlarına hücum edib.
bu barədə İsrail ordusunun press-relizində bildirilir.
“Bu gün terrorçular Qəzza sektorunun cənub hissəsindən əsgərə atəş açıblar. İsrail ordusu buna cavab olaraq HƏMAS-ın Qəzza sektorundakı hərbi postlarına zərbələr endirib”, – deyə rəsmi məlumatda bildirilir.

