İsrail əsgərləri 21 yaşlı fələstinli qızı güllələdi

İsrail hərbçiləri Qəzza zolağında aksiya keçirən dinc fələstinlilərə atəş açıb.
Minval.İnfo xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail əsgərlərinin açdığı atəş nəticəsində 21 yaşlı fələstinli qız həlak olub.
Bundan əvvəl Fələstinin Səhiyyə nazirliyi bildirib ki, martın 30-dan etibarən Qəzza zolağında İsrail hərbçilərinin açdıqları atəşlər nəticəsində 115 dinc fələstinli ölüb, 13 mindən çoxu isə müxtəlif dərəcəli xəsarət alıb.
Qeyd edək ki, martın 30-dan, ABŞ İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürəndən fələstinlilər etiraz əlaməti olaraq Qəzza zolağında “Böyük Qayıdış Yürüşünə” başlayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

