İsrail Ukraynaya İran PUA-ları ilə bağlı kəşfiyyat məlumatı verib – Nyu York Tayms
İsrail Ukraynaya İranın pilotsuz təyyarələrini hədəfə almaq üçün faydalı kəşfiyyat məlumatları verib.Bakupost.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” Kiyevdəki mənbəsinə istinadən xəbər yayıb.
Qeyd edək ki, Ukrayna daha əvvəl İsraildən hava hücumundan müdafiə sistemləri istəyib. Lakin İsrail hakimiyyəti bu cür yardıma razılaşmayıb. Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak,“New York Times” qəzetinə deyib ki, İsrail hərbi yardım göstərməkdən imtina etməklə ərazisinə təhdidlərə qarşı mübarizə taktikasını təkmilləşdirmək imkanından özünü məhrum edir. Onun fikrincə, İran İsrailə qarşı pilotsuz təyyarələrdən istifadə cəhlərini davam etdirə bilər.
“Hazırda Ukrayna şəhərlərinə zərbə endirən İran pilotsuz təyyarələri İsrailə hücum üçün kütləvi vasitə kimi hazırlanıb. İran tərəfi hazırda Ukrayna ərazisində bu pilotsuz təyyarələrdən istifadə etməklə onların zəif cəhətlərini görmək istəyirlər. İran Ukrayna ərazisindən öz PUA-larını təkmilləşdirmək üçün poliqon kimi istifadə edir. Onlar həmin PUA-ları gec-tez İsrailə qarşı istifadə edəcəklər”, – Yuri Sak deyib.
İsrailin diaspor naziri Nəhman Şay daha əvvəl Ukraynaya hərbi yardım göndərilməsinin tərəfdarı olub. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynaya silah tədarükünün Rusiya ilə münasibətləri pozacağını bildirərək İsrailə xəbərdarlıq edib. İsrailin müdafiə naziri Benni Qantz ölkəsinin Ukraynaya silah satmadığını və satmayacağını bildirib. Nazirin sözlərinə görə, İsrail əvəzində Ukraynaya tibbi və humanitar yardım göstərir.

XƏBƏR LENTİ
2025/11/19 14:22

