İstanbulda gəmidə yanğın olub, 7 nəfər yaralanıb
Türkiyədə gəmidə yanğın baş verib.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə İstanbulun Tuzla tərsanəsindəki gəmilərdən birində qeydə alınıb.
Yanğın nəticəsində 7 nəfər yaralanıb.
Hadisə gəminin göyərtəsində iş görülən zaman baş verib.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım heyəti cəlb olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

