İstanbulda hava limanında şok hadisə: “Mən FETÖ-çüyəm, təyyarəni partladacağam” – Təfərrüat
İstanbulun Sabiha Gökçen hava limanında bir qadın təyyarəni partladacağı ilə hədələyib.
Avropa.info xəbər verir ki, sərnişinlər təyyarədən təxliyə edilib və araşdırma başladılıb.
“Mən FETÖ-çüyəm və təyyarəni partladacağam”, – deyə qadın təyyarədə hay-küy qadırıb.
Hadisə bu gün yerli vaxtla 06:54 radələrində baş verib. Təyyarə tam qalxmaq üzrə uçuş xəttinə gələrkən bir qadın salonda bomba olduğunu bildirib. “Mən FETÖ-çüyəm və təyyarəni partladacağam, deyə bağırmağa başlayan qadının siqaret yandırdığı məlum olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

