İstanbulda konsert verən ingiltərəli solist Türkiyə bayrağını öpdü – FOTO
“İmagine Dragons”-un solisti Den Reynolds, İstanbulda öncə Türkiyə bayrağını sonra da, yeri öpdü.
İstanbulda keçirilən “Dragons” konserti , uzun müddət yaddaşlardan silinməyəcək.
Minval.info “Habertürk”-ə istinadən bildirir ki, Türkiyədə birinci dəfə keçirilən “İmagine Dragons” konsertində qrupun solisti Den Reynolds, konsertə başlamazdan əvvəl minlərlə pərəstişkarın önündə əvvəlcə Türkiyə bayrağını, ardından yeri öpüb.
Den Reynolds konsert barədə “Ömrümdə birinci dəfədi Türkiyəyə gəlirəm, amma bunun sonuncu dəfə olacağını düşünmürəm. Bura çox mühtəşəm ölkədir. Türkiyə inanılmaz bir tarixə, mədəniyyətə sahibdir” deyib.
“İmagine Dragons“ verdiyi konsertdə pərəstişkarlarının da müşayiətiylə birgə 18 ədəd mahnı səsləndirdi. Halid Ərgəç və Şəbnəm Bozoklunun da izlədiyi konsert üçün “İmagine Dragons”-‘un pərəstişkarları səhər saat 8-dən etibarən “KüçükÇiftlik Parkı”-da gözləməyə başlayıb. “Oceans of Noise” və “The Vaccines” qruplarının çıxışından sonra səhnəyə çıxan “İmagine Dragons” 3 saat boyunca fanatlarını əyləndirib.
Vüqar Mirzəbəy



