İstanbulda körpüdə metrobuslar toqquşdu, yaralılar var
Türkiyənin İstanbul şəhərinin mərkəzində eyni istiqamətdə gedən metrobuslar toqquşub.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
Qəza bu gün Bakı vaxtilə saat 10:00 radələrində Haliç körpüsündə baş verib.
Hadisə yerinə çox sayda təcili yardım maşınları və xilasedicilər cəlb olunub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

