İstirahətə gedənlərin NƏZƏRİNƏ: Bu yollarda təmir gedir
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır.
Minval.info Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən bildirir ki, 10-20 və 45-52-ci km-də yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri aparılır.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur
XƏBƏR LENTİ
2025/11/19 14:22

