İstirahət mərkəzində yanğın – Lənkəranda

Lənkəran şəhərinin Xolmili kəndində ümumi sahəsi 500 m² olan istirahət mərkəzi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Minval.info-ya verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

