İsveçrədə sürətli qatar relsdən çıxıb

İsveçrənin Bazel şəhərində sürətli qatarın bir neçə vaqonu relsdən çıxıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Almaniyanın “Deutsche Bahn” dəmiryolu konserni məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Relsdən qatarın üç orta vaqonu çıxıb. Vaqonlardan biri restoran olub. Hadisə Bazelin SBB vağzalına giriş zamanı baş verib. İnsidentin səbəbləri məlum deyil.
XƏBƏR LENTİ
2025/11/19 14:22

