İt məşhur modelin üzünü parçaladı
Londonda yaşayan 23 yaşlı tanınmış model Suzel Mackintoş əzizləmək üçün yanına yaxınlaşdığı pitbull cinsindən olan itin hücumuna məruz qalıb.
Minval.info Haberler.com-a istinadən xəbər verir ki, model üzündən aldığı xəsarət nəticəsində üzü tanınmaz hala düşüb.
Hadisənin şokunu üstündən ata bilməyən model, olayın Avstriyada bir gəzinti zamanı baş verdiyini deyib.
Hücum sonrası bir həftə reanimasiyada saxlanılan modelin həkimlərin müdaxilələrinə baxmayaraq üz əzələlərinin zədələnməsi səbəbi ilə üst dodağı tərpənmir.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

