İtaliyanın məğlubiyyətsizlik seriyası qırıldı

İspaniya millisi İtaliya yığmasının 37 matçlıq məğlubedilməzlik seriyasına son qoyub.
Minval.info Qol.az-a istinadən xəbər verir ki, İspaniya millisi buna ötən gün Millətlər Liqasının yarımfinalında rəqibinə 2:1 hesabı ilə qalib gəlməklə nail olub. Nəticədə İtaliya yığmasının 2018-ci ildən bəri davam edən məğlubedilməz oyunlar seriyası qırılıb.
Komanda bundan əvvəl son dəfə 2018-ci ilin sentyabr ayının 10-da Millətlər Liqasında Portuqaliyaya uduzub – 0:1. İtaliya millisi bundan sonra keçirdiyi 37 görüşün 28-də qalib gəlib, 9-da isə heç-heçə edib. Ümulikdə 93 qol vuran yığma qapısında 12 top görüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

