İTV-də hadisə, işçi 2-ci mərtəbədən yıxıldı – Yenilənib
Bakıda İctimai Televiziyanın binasında xoşagəlməz hadisə baş verib.
Minval.info lent.az-a istinadən xəbər verir ki, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb. Rasim adlı əməkdaş 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki, məlum deyil.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İTV-nin texniki əməkdaşı, 1994-cü il təvəllüdlü Bayramov Rasim Eldar oğlu binanın ikinci mərtəbəsində təmir işləri görərkən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

