İTV-dəki yanğında zəhərlənənlərlə bağlı açıqlama
Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib.
Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, yanğın zamanı iki nəfər (kişi) Təcili Tibbi Yardıma müraciət edib.
Onlardan birinə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Həmin xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

