İTV-nin koronavirusa yoluxan böyük redaktorunun səhhətində dəyişiklik yoxdur
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti ağır-sabit olaraq qalır.
Bu barədə “Report”a İTV-dən bildirilib.
Hazırda Ə.Fəqanoğlunun müalicəsi “Yeni Klinika”nın Reanimasiya şöbəsində davam etdirilir və süni tənəffüs cihazına qoşulu vəziyyətdədir. Səhhətində heç bir dəyişiklik yoxdur.
Qeyd edək ki, o, iyulun 18-dən klinikaya yerləşdirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

