Əjdahaya bənzəmək üçün 55 min dollar xərcləyən adam… – FOTOLAR
ABŞ-da yaşayan köhnə bank işçisi AİDS olduğunu öyrəndikdən sonra həyatını və görünüşünü tamamilə dəyişdirdi.
Eva Tiamat Baphomet Meduza 57 yaşında köhnə bank işçisidir. AIDS olduğunu öyrəndikdən sonra cinsiyyətini dəyişən Meduza, əjdahaya bənzəmək üçün əməliyyatla burnunu və qulağını kəsdirib. Onun bu görüntüləri isə birmənalı olaraq qarşılanmayıb.
Minval.İnfo xəbər verir ki, bədəninin yüzdə 95-i tatu olan Meduza, əməliyyatla qulağını və burnunu kəsdirib, alnına əlavə dəri tikdirərək buynuz görünüşünə sahib olub. Bütün bu əməliyyatlara 55 min dollar xərcləyən Meduza “Hər şeydən vacib olan şəxsi həzdir”- deyib.
Cadugərlər bayramında insanları qorxutmağın əyləncəli bir şey olduğunu bildirən Meduza “İnsanların haqqımda nə düşündüyü mənim üçün maraqlı deyil. Bütün dünya qarşımda dayansa da özümlə bağlı heç vaxt peşmançılıq keçirmirəm”.
Məleykə
Minval.İnfo







