“Jiquli” velosipedçini vuraraq aşdı – 6 yaralı var

Bu gün axşam saatlarında Xudat-Nabran yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Minval.İnfo APA-ya istinadən xəbər verir ki, “VAZ 2107” markalı maşın yoldan keçən velosipedçini vurub. Daha sonra idarəetməni itirən avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 6 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

