Jirinovski: “Rusiyanın tərkibində Bakı və Yerevan quberniyaları olmalıdır”
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Yerevan, Tbilisi və Kiyevdəki münaqişələrdən danışarkən deyib ki, MDB-də ölkələrində sülh yalnız onların Rusiya Federasiyasının tərkibinə daxil olmasından sonra ola bilər.
Minval.İnfo xəbər verir ki, Jirinovski, “Gürcüstan, Ermənistan və Ukraynanı daxili çəkişmələrdən yalnız Rusiya xilas edə bilər” deyib.
Siyasətçi MDB ölkələrini “ata evinə” qayıtmağa çağırıb.
Bundan əlavə Jirinovski bildirib ki, Rusiya Federasiyasında Bakı, Tbilisi, Odessa, Kiyev və Yerevan quberniyaları olmalıdır.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

