Joze Mourinyo: “Salahı mən satmamışam”
Joze Mourinyo “Çelsi” klubunun baş məşqçisi olduğu zaman Salahın satılmasının təfərrüfatlarını media ilə bölüşüb.
Minval.İnfo xəbər verir ki, son zamanlar portuqaliyalı baş məşqçi Salahın “Çelsi” dən göndərilməsində günahlandırılmaqdan bezdiyini bildirib.
O, ESPN-ə açıqlamasında bunları deyib: “İnsanlar deyir ki, Salahı mən satmışam, amma gərçək tamamilə fərqlidir”
Mou açıqlamasında Salahın icarəyə göndərilməsinə razılıq verdiyini bildirib: “O, çox gənc idi, fiziki, zehni olaraq hazır deyildi. Bizimlə ayaqlaşa bilməmişdi. Özü də icarəyə getmək və daha çox oynamaq istəyirdi”
Xatırladaq ki, Məhəmməd Salah 2014-cü ildə “Çelsi”-yə “Bazel”-dən transfer olunub. 2016-cı ildə isə buradan “Roma” klubuna transfer edilib.
Tamerlan Mehdi
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

