Jurnalistlər Hadi Rəcəblinin bu fikrini qınaq obyektinə çevirdi

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin demək olar ki, bütün açıqlamaları ictimai müzakirəyə səbəb olur. Hər açıqlaması tənqidə tuş gələn Hadi Rəcəbli qeyri-adi fikirlərini davam etdirir. Dəfələrlə o, müxtəlif tipli açıqlamaları ilə gündəmi zəbt edib və daim də tənqid obyekti olub. Lakin deputat belə açıqlamalarından əl çəkmək fikrində deyil.

Təkliflərilə və çıxışları ilə ictimaiyyətin qəhrəmanına çevrilən Hadı Rəcəblinin cəmiyyətdə ciddi rezonans doğurmuş fikirlərinə cavablar da birmənalı olmayıb. Onun söylədiyi hər fikrə görə ünvanına haqlı iradlar söylənilib.

Artıq ictimaiyyətin nəzərində və yaddaşında Hadı Rəcəbli “danışa bilməyən” millət vəkili olaraq qalıb. Buna baxmayaraq o hər dəfə özünü haqlı hesab edir, fikirlərinin təhrif olunduğunu bildirir. Beləliklə də məsuliyyətdən yayına bilir.

Beləliklə, Azərbaycan əhalisinin istirahət üçün daha çox qonşu Gürcüstana bəhs-bəhsə getdiklərini” deyən H.Rəcəbli bildirib ki, bizimkilər istirahət məsələsində sırf “qonşudan geri qalma” prinsipi ilə hərəkət edirlər.Deputat hazırda Azərbaycan otellərində dünya standartlarına uyğun olan şəraitin olduğunu və ölkəmizdə bütövlükdə xidmətin səviyyəsinin Gürcüstandan heç də geri qalmadığını bildirib.

Məhz deputatın bu fikiri ilə bağlı Cebhe.info olaraq media nümayəndələri arasında, “Azərbaycanlıların Gürcüstana bir-birinin bəhsinə getməsi fikri ilə razısınızmı?” başlığı altında kiçik bir sorğu keçirmək qərarına gəldik.

H.Rəcəblinin “bizim camaat bir-birinin bəhsinə girəndir” fikiri ilə razılaşan “Minval.info” saytının baş redaktoru Məhəmməd Türkmən deyir ki, hər sahədə “Filankəsdə var, məndə də olsun” prinsipi işləyir. Amma baş redaktor hesab edir ki, bunu Gürcüstanda tətil edənlərə tam aid etmək düzgün deyil: 

“Mən özüm ildə azı 1-2 dəfə yolumu Tiflisdən, Batumidən, Kabuletidən, Urekidən salıram. Səbəb də bəllidir. Qiymət, rahatlıq və keyfiyyət… Hadi müəllim azərbaycanlı turistlərin Gürcüstana getmə səbəbini səhv istiqamətlərə aparır. Azərbaycanın bölgələrində istirahət etmək üçün bizə həm çoxlu pul, həm 1 qutu sənəd, həm də əsəb dərmanı lazımdır. Gürcüstanda istirahət etmək qat-qat ucuza başa gəlir. Ölkə ərazisində açılan istirahət məkanları sırf insanları soymaq, əsəb xəstəsi etmək üçün fəaliyyət göstərir. Restoranlarda xidmət edən ofisiantların danışığı, xidmət göstərməyi sıfırdır. Xidmət sektoru bizdə işləmir. Çox nadir yerlərdə normal xidmət görmək olur, onlara da yaxın durmaq olmur. Rayon yerləri mühafizəkardır. Yayın istisində gərək bişəsən, amma şortik geyinməyəsən.

Bölgələrimizdə, elə Bakıda da otel sahibləri əxlaq polisi kimi işləyir. Evlilik sənədi, doğum haqqında şəhadətnamə, qan analizi, toydan fotolar, toya pul salanlar… Hamısını özünlə tətilə aparmalısan ki, sənə oteldə otaq versinlər. Kimə lazımdır bu? Turistdən isə bunlar soruşulmur. Fahişəni otelə gətirən ərəb 20 dollar əlavə pul verir deyə ona toxunmurlar. İşin sirri 20 dollardadır, verirsən olur halalı. Ən azından bir neçə saatlıq…. Hadi müəllim bunları gündəmə gətirsə, daha yaxşı olardı”.

Jurnalist Rövşən Əsədov deyir ki, Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı daha sonra isə “Bakinskiy raboçiy” qəzetinin xüsusi müxbiri kimi bir-birinə zidd işlərdə çalışan deputatımızın fikirlərini ciddiyə almaqda çətinlik çəkir.

Onun fikrincə, bu məsələyə münasibət bildirmək onun Milli Məclisdəki Əmək və sosial siyasət komitəsindəki fəaliyyətinə tamamilə ziddir: 

Görüntünün olası içeriği: 1 kişi, oturuyor, telefon, sakal, laptop ve iç mekan

“Təklif edərdim ki, Hadı Rəcəbli öz sahəsi üzrə fikir bildirsin. Azərbaycanlı turistlər qiymətlər münasib olduğu üçün qonşu Gürcüstana üz tuturlar. Azərbaycanın dilbər guşələrində, eləcə də Bakıda yerləşən otellərdəki qiymətlərlə Gürcüstanın istər mərkəzində, istərsə də ucqar məntəqələrində yerləşən otellərin qiymətini müqayisə etsək, məsələ bizə daha aydın olar. Nəinki otel, digər qiymətlər də daha münasibdir. Bunu canlı olaraq yaşamış biri kimi deyə bilərəm ki, siz 200 manat pulla Gürcüstanda daha yaxşı yeni il qarşılayıb əylənə bilərsiniz nəinki Azərbaycanda. Qısa araşdırma edin, turizm şirkətlərin yeni il paketləri ilə tanış olun, sizin üçün 1-2 gecəlik təklif olunan qiymət həm əlinizi, həm cibinizi, lap beyninizi də yandıracaq. Eyni zamanda həmin turizm şirkətinin yeni il paketinə daxil olan nüanslara diqqət edin. Yəni siz minimum 400 manat ödəyərək yeni il paketi alırsınız, lakin menyuya yalnız səhər yeməyi daxildir, günortanı öz cibinizdən yeməlisiniz. Siz üz tutun Gürcüstana 200 manata bir neçə gün rahat qidalana, gəzə, otel xidmətindən istifadə edə və xoş zaman keçirə bilərsiniz. Hadı müəllim isə zəhmət çəkib Milli Məclisin qarşısına çıxıb şəhid vərəsələrinin suallarını cavablandırsın, aiddiyyatı olmayan sahələrə fikir bildirməsin!”.

Jurnalist Dilqəm Əhməd hesab edir ki, azərbaycanlıların Gürcüstana üz tutmasının yalnız bir səbəbi var. Orada qiymətlərin ucuz olması: 

Görüntünün olası içeriği: Dilgam Ahmad, oturuyor ve sakal

 

“Haqlı olaraq sual ortaya çıxır ki, Gürcüstanda nə var ki, azərbaycanlı turistlər bir-birinin bəhsinə getsinlər? Bildiyimiz, özümüzün də yaşadığımız Qafqaz regionu. Mətbəxi bizdən yaxşıdır? Yox. Xanımları bizim xanımlardan gözəldir? Yox. Təbiəti, tarixi abidələri bizdən yaxşıdır? Yox. Hamı bilir ki, Gürcüstan ucuz olduğuna görə ora gedirlər. Sadəcə kasıb əhali yeni ili xarici bir ölkədə keçirim arzusu ilə olmayan yerdə Gürcüstanı seçir. Çünki orada istirahət eləmək Azərbaycanın turistik bölgələrində istirahət etməkdən daha ucuzdur. Ötən il özüm də oraya getmişdim”.

“Deyəsən Hadi Rəcəbli hələ də bilmir ki, bir azərbaycanlının səfər edə biləcəyi ən ucuz və ən sərfəli ölkələrdən biri Gürcüstandır”, deyən jurnalist İlkin Muradov düşünür ki, orta təbəqəli, “Hadi Rəcəbli və ya digər məmurlar kimi imkanı olmayan” hər bir azərbaycanlının səfər etmək istədiyi ölkələr arasında ilk sırada yəqin ki, Gürcüstan dayanır:

Görüntünün olası içeriği: Ilkin Muradov, sakal ve yakın çekim

“Çünki həm yaxın, həm də ucuz turistik ölkədir. Elə mənim də imkanım olan kimi Gürcüstana gedəcəm. Çünki nəzərdə tutduğum bir həftəlik səfər üçün xərcləyəcəyim pulla heç Azərbaycanın turistik bölgələrində 2-3 gün dincəlmək olmur. Hadi Rəcəbli yəqin ki, orta təbəqəli azərbaycanlıların bir-birinin bəhsinə Gürcüstana getdiyini nəzərdə tutub. Görəsən, Hadi müəllim, digər deputatlar və məmurlar bir-birinin bəhsinə hara gedir? London, Fransa, Madrid və başqa şəhərlərə? Bir də maraqlıdır ki, Gürcüstanın son illərdə turizm sahəsində inkişafını bəyənməyən məmurlarımız elə özləri qonşu ölkəyə yatırımlar edirlər”.

Jurnalist Aqşin Rafiqoğlu H.Rəcəblidən fərqli olaraq hesab edir ki, azərbaycanlı turistlərin Gürcüstana daha çox getməsinin bir yox bir çox səbəbləri var:

“Bunlardan birincisi bu ölkənin Azərbaycana ərazi baxımından daha yaxın olmasıdır. Yəni istənilən vətəndaş şənbə-bazar günlərini bu ölkədə keçirib istirahət edə bilər. Digər tərəfdən bu ölkədə qiymətlər Azərbaycanla müqayisədə qismən ucuzdur. Təbii ki, hələ də Azərbaycan manatının gürcü larisinə nisbətdə baha olması ilə izah olunur. Azərbaycanda 2015-ci ildə baş verən devalvasiyadan əvvəl bu qiymətlər daha sərf edən idi. Həmin dövrə qədər o, ölkəyə səfər edənlərin sayı da çox idi. Bu gün də bir adamın 200 manatla yol xərci daxil, təbii ki, bədxərclik etməmək şərti ilə şənbə-bazar günlərini Gürcüstanda keçirməsi mümkündür. Düşünürəm ki, yalnız bu səbəblərdən azərbaycanlı turistlər daha çox Gürcüstana səfər edirlər. Bir-birinin bəhsinə gəldikdə isə düşünürəm ki, hörmətli millət vəkili Hadı müəllimin dediyində də qismən həqiqət var. Bizdə “qonşundan qalma geri” prinsipi ilə yaşayanlar da az deyil. Bir azca imkanı olan kimsə Gürcüstana gedirsə, qonşusu da mütləq ora getməlidir və onun danışdıqlarını öz güzü ilə görməlidir. Əslində əsl turizm elə bunun üzərində də qurulur. Bir nəfər hər hansı ölkəyə səfər etdikdə, orada gördüklərini qonşusu, tanışı və qohumuna danışır. Sonradan həmin o tanışı da bu ölkəyə səfər edir və bu zəncirvari davam edir. Turizm budur. Hadi müəllimin dediyini misal gətirərək razılaşaq ki, o zaman ərəblər də bir birinin bəhsinə Azərbaycana gəlirlər”.

Media

Nəşr edilib: 2018/12/07 14:56

Baxış: 674


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06