Kəlbəcərdə ermənilərin basdırdığı daha 379 mina aşkarlanıb
Kəlbəcər rayonunda ermənilərin basdırdığı daha 379 mina aşkarlanıb.
Bu barədə “minval”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində rayonun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22


