Kənd sakini “Kalaşnikov” tapıb…

Goranboyda kənd sakini silah-sursat tapıb.
Minval.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, rayonun Zeyvə kənd sakini İ.Bəxtiyarov “AK-74” markalı avtomat, 1 ədəd patron darağı və 30 ədəd patron tapıb.
Polis əməkdaşlarının apardığı profilaktiki tədbirlər nəticəsində o, tapdığı silah-sursatı könüllü olaraq rayon Polis Şöbəsinə təhvil verib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

