Kənd sakinlərini təhqir edən Metropoliten rəsmisindən AÇIQLAMA

Bu gün “Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayevanın “Facebook”da yazdığı “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı” sözləri qalmaqala səbəb olub.
Minval.İnfo xəbər verir ki, hətta sosial şəbəkədə Metropoliten rəsmisinə qarşı “Hamımız kəndçiyik” (#hamimizkendchiyik) həşteqi ilə kampaniya başladılıb.
Bütün bu olanlardan sonra Babayeva yazdıqlarının düzgün şərh edilmədiyini bildirərək belə bir status paylaşıb:
“Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikir ayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə üzr istəyirəm”.

