Azərbaycan telekanalında dediyi “quşun qondu” şeiri başına yenə dərd oldu – VİDEO
Gənc yazar efir vaxtı verilişi yarımçıq tərk etməli olub.
Minval.info xəbər verir ki, “Space” TV-də verilişlərdən birinə dəvət alan gənc yazar Kəramət Böyükçölün şeiri başına yenə dərd olub. Daim qalmaqallı mövqeyi ilə gündəmə gələn gəncin sözünü ağzında qoyublar. O, bu səbəbdən proqramı yarımçıq tərk edib.
Xatırladaq ki, ləğv olunan “ANS” telekanalında verilişdə yazdığı şeiri deyən K.Böyükçöl aparıcı daxil olmaqla qonaqların narazılığı ilə qarşılaşmışdı. O, bunu özünə hörmətsizlik kimi qiymətlədirib verilişi tərk etdi.
Bu dəfə isə gənc yazar “Space” TV-nin efirində həmin şeiri deməyə cəhd edib və onun sözünü kəsiblər. K.Böyükçöl ənənəyə sadiq qalaraq verilişi tərk edib.
Sani / Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

