Kərpic zavodunda bədbəxt hadisə: işçisi hündürlükdən yıxıldı
Yevlax rayonunun Gülövşə kəndi yaxınlığında yerləşən Kərpic zavodunda bədbəxt hadisə baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, ehtiyatsızlıq nəticəsində zavodun 1994-cü il təvəllüdlü əməkdaşı Səfərov Həsrət Zaməddin oğlu hündürlükdən yıxılaraq müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Xəstəxanaya çatdırılan yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

