Kadırov hicabsız qadınlardan danışdı: Onlar…
Bəzi qadınlar hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər.
Trend-in məlumatına görə, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov 1 fevral – Beynəlxalq Hicab Günü ilə əlaqədar deyib.
R.Kadırov hicabın müsəlmanlar üçün möminlik və ədəblilik rəmzi olduğunu bildirib: “Mənim ailəmdə bütün qadınlar hicab geyinir. Bu onların seçimi idi, heç kim onları məcbur etməyib”.
Çeçenistan rəhbəri qeyd edib ki, bütün dinlərdə – İslamda, xristianlıqda, iudaizmdə qadının başını bağlaması bildirilir:
“Lakin mən elə qadınlar tanıyıram ki, hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

