“KamAZ”la bacısının və onun 4 yaşlı oğlunun üstündən keçdi – Azərbaycanda DƏHŞƏT
Salyan rayon sakini “KamAZ”la bacısının və onun 4 yaşlı oğlunun üstündən keçib, uşaq ölüb.
“Report” xəbər verir ki, 4 yaşlı Əli Məmmədov “KamAZ”ın kabinəsindən düşüb və hərəkətdə olan maşının qabağına qaçıb. Bu zaman Ə.Məmmədovun anası, Günel Məmmədova uşağı tutmaq üçün yük maşınının qarşısına çıxıb. Ana və oğlu “KamAZ”ın altında qalıb. Hadisə zamanı 4 yaşlı Ə.Məmmədov ölüb, anası G.Məmmədova isə ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, G.Məmmədova “KamAZ”ın sürücüsü, Ərmulla Aslanovun bacısıdır.
Faktla bağlı araşdırma aparılır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

