Kamil Zeynallının problemini ictimailəşdirdiyi ailəyə torpaq verildi
Sumqayıtın icra başçısı Zakir Fərəcov Kamil Zeynallının problemini ictimailəşdirdiyi ailəyə torpaq verib.
BAKU.WS xəbər verir ki, son günlər yardım aksiyaları ilə seçilən fitnes məşqçi bu barədə “İnstagram” paylaşımında danışıb.
O, Pirallahı rayonda məskunlaşmış ailənin sosial problemləri ilə bağlı sosial şəbəkədə paylaşım etdikdən sonra Zakir Fərəcovun həmin ailəyə 2 sot torpaq verdiyini bildirib:
“Sumqayıt İcra başçısına təşəkkür edirəm ki, bu kasıb ailəyə 2 sot torpaq hədiyyə etdi. Gəlin, birlikdə bu evi tikək və ailəyə təhvil verək”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

