Kamran Ağayev Kosovo ilə matçda qəsdən oynamayıb? – VİDEO
Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının sonuncu turunda Kosovoya 0:4 hesabı ilə uduzması böyük müzakirələrə səbəb olub.
Minval.info xəbər verir ki, xüsusən qapıçımız Kamran Ağayevin zədəli olmadığı halda səfərə zədəni bəhanə gətirib getmədiyi bildirilir.
Bununla bağlı millinin həkimi Vyaçeslav Xomenko açıqlamasında duruma belə aydınlıq gətirib:
“Farer adaları ilə oyunun fasiləsində baxdıq və yüngül zədə olduğunu gördük. Matça davam edib-etməməsini soruşduq. Oynamaq istəmədi, razılaşdıq. Kosovo ilə qarşılaşmadan öncə isə kiçik zədəsi davam edirdi. Amma ciddi deyildi. Belə şeylərə tez-tez rast gəlinir. Getməmək qərarını özü verdi”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

