Karantin postuna görə yaranan tıxacda əks yola çıxdılar: “AA”, “AS”, “PM”… – VİDEO
Bakıda qaydaları kobud şəkildə pozan sürücülər kameraya düşüb.
Bu barədə “MediaPost”a oxuculardan biri video göndərib.
Belə ki, Binəqədi şossesində qurulmuş karantin postu tıxaca səbəb olub. Buna məhəl qoymayan bəzi sürücülər əks istiqamətə çıxaraq hərəkət ediblər.
Maraqlıdır ki, qaydaları ilk pozan 10 AA 018 və 10 AS 312, 10 PM 357 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri olub. Ardınca bir neçə sürücü də qaydaları kobud şəkildə pozub.
Ümid edirik ki, Dövlət Yol Polisi bu sürücülərin hər birini aşkar edərək müvafiq tədbir görəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

