Keçmiş ABŞ prezidentinin şok səs yazısı ortaya çıxdı
Keçmiş ABŞ prezidenti Ronald Reyqanın afrikalı nümayəndələrlə bağlı “meymun” ifadəsi işlətdiyi səs yazısı ortaya çıxıb.
Minval.info xəbər verir ki, keçmiş prezidentin Kaliforniya qubernatoru işlədiyi dövrə aid olduğu deyilən səs yazısında “Bu Afrika ölkələrindən gələn meymunlara baxıram və lənət oxuyuram, hələ ayaqqabılara öyrəşə bilmirlər” ifadəsi yer alıb.
Keçmiş prezidentin CAR-da 1970-ci illərdə “apartrayd” (irqçi ağdərililərin qaradərililərə qarşı kütləvi qətliamları) hadisələrinə dəstək olduğu iddiası da mətbuatda tez-tez yer alır.
Nazim Hacıyev
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

