Keçmişdə belə xəstələri edam edirdilər. İndi özünüz də bilmədən bir çoxunuz bu xəstəliyi daşıyırsınız!

Hazırda insanların əhəmiyyətli hissəsi bu xəstəlikdən əziyyət çəkir. Amma kəskin və parlaq şəkildə ifadə olunan simptomları olmadığına görə çoxları xəstə olduğunu ya başa düşmür, ya da bu faktı qulaqardına vurur.

Bu xəstəlik tarix boyunca müxtəlif adlar altında bəlli olub. Orta əsrlərdə xristian kilsəsinin rəhbərliyi altında hökm sürən “Müqəddəs İnkvizisiya” dövründə bu xəstəliyin daşıyıcıları “şər qüvvələrə” (“İblis”ə) təslim olmuş hesab edilirdilər. Bu xəstəliyin kəskin formasına tutulanları “kafir” adı altında edam edirdilər.

Daha sonra “Renessans” dövründə Avropada bu xəstəliyi “melanxoliya” adlandırırdılar.

19-cu əsrdə bu xəstəlik ipoxondriya adlanırdı.

20-ci əsrdə xəstəlik həkimlər arasında “stressə kəskin reaksiya” kimi təyin olunmağa başladı.

Müasir dövrdə həkimlər bu xəstəliyi daha yaxşı fərqləndirə və diaqnoz qoya bilirlər: Depressiya.

depressiya qadinBir çoxları bu xəstəliyi adi məyusluqla səhv salırlar. Həmçinin “yaz depressiyası” və ya “payız depressiyası” kimi ifadələr də elmi cəhətdən soğru deyil. Depressiya ötəri xarakter daşımayan, uzun sürən xəstəlik növüdür. Bunu həmçinin stresslə də səhv salmayın. Müxtəlif situasiyalara insanın verdiyi neqativ reaksiya depressiya deyil, sadəcə, stressdir. Baxmayaraq ki, intensiv stress mühiti də enində-sonunda depressiyaya gətirib çıxarır.

Xəstəlik müxtəlif səbəblərdən yarana bilər. Bəzi hallarda bu xəstəliyin bünövrəsi uşaq vaxtlarında qoyulur. Uşaqları “polis əmi” və yaxud “xortdan”la qorxudan valideynlər bunun nə dərəcədə təhlükəli olduğunu anlamırlar. Axı uşaqlar o hədələri ciddi qəbul edirlər və qorxu hissi uşağın psixikasına təsir edir. Uşaqlarda stressin ilkin göstəricisi olaraq enurezi (gecələr sidiyi saxlaya bilməməsini) göstərmək olar. Sonradan bu təsirlər depressiyaya yol açır.
Sonrakı səbəblərin bəzilərini aşağıdakı kimi sıralamaq olar:

  • Xroniki yorğunluq.
  • Ağır faciə yaşamaq.
  • Sevgi münasibətlərində psixoloji zədə almaq.
  • Alkoqollu içkilərdən məsuliyyətsiz tərzdə istifadə etmək.
  • Mərkəzi sinir sisteminə təsir edən preparatlardan, xüsusən də sakitləşdirici dərmanlardan intensiv qaydada istifadə etmək.
  • Siqaret çəkmək.
  • Yaşlı adamlarda hətta qrip də depressiyaya səbəb ola bilər.

Bunlar səbəblərin heç də hamısı deyil, ən çox yayılmış növləridir. Əgər yuxarıdakı səbəblərdən hər hansı biri həyatınızda varsa, mütləq yaxa qurtarmağa çalışın.

Xəstəliyin başlıca əlamətləri aşağıdakılardır:

  • Mütəmadi məyusluq
  • Daimi yorğunluq hissi
  • Təlaş hissi
  • Laqeydlik (arzuların və maraqların sönməsi)
  • Cinsi münasibətlərə marağın azalması
  • Əsəbilik və işıq şüalarına qarşı həssaslıq
  • Öz şəxsi gigiyenasına və gündəlik tələblərə qarşı laqeyd münasibət
  • Daimi olaraq istirahətə ehtiyac hiss etmək
  • Əsəbilik, səbəbsiz narahatlıq, ruhi gərginlik

Xəstəliyin müalicəsinə gəlincə, yüngül formaları sadəcə, həyat tərzini dəyişməklə ötüb keçə bilər. Amma ağır firmaları dərman preparatları və psixoterapiya vasitəsilə müalicə edilir. Özbaşına qaydada antidepressantlardan istifadə etmək təhlükəlidir. İstənilən halda həkimə müraciət etmək ən doğru qərardır. (SaglamOlun.com)

Dünya

Nəşr edilib: 2018/01/25 21:51

Baxış: 398


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06