Kiçik şirniyyat mağazası milyardlıq şirkətə necə çevrildi? – Ferrero ailəsi haqda
Ferrero ailəsi uzun illərdir ki, İtaliyanın ən varlı ailəsi olaraq “Forbes”in siyahısında yer alır. Bu ilin hesabatlarına görə, şirkətin hazırkı rəhbəri Ciovanni Ferrero və ailəsinin sərvəti 22,4 milyard dollardır. Bəs ailə bu qədər sərvəti necə əldə edib?
Qaynarinfo xəbər verir ki, Ferrero ailəsi dünyanın məşhur Ferrero şirkətinin sahibidir. Şirkətin istehsal etdiyi “Nutella”, “Kinder” və “Ferrero Rocher” şokoladları dünyaca məşhurdur.





Şirkəti böyük gəlirlə inkişaf etdirən Mişel Ferrero 1997-ci ildə idarəçiliyi oğulları Ciovanni və Junior Pietroya həvalə edir. Ailə 2011-ci ildə Junior Pietronun vaxtsız ölümü ilə sarsılır. O, Cənubi Afrikada velosiped sürərkən infarkt keçirərək dünyasını dəyişir. Ondan sonra Ciovanni şirkətə təkbaşına liderlik etmək məcburiyyətində qalır. Çoxları atasının mirasını davam etdirə biləcəyinə inanmasa da, dünyanın ən yaxşı təhsil müəssisələrində aldığı təhsil və 80-ci illərdən etibarən atasının yanında keçdiyi təcrübə və gördüyü liderlik təcrübəsi şirkəti yaxşı şəkildə idarə etməsinə köməkçi olur.
Oğlundan sonra – 2015-ci ildə, 89 yaşında “Nutellanın atası” Mişel Ferrero da dünyasını dəyişir. O, dünyadan köçəndə Ferrero ailəsinin 26 milyard dollar sərvəti var idi. Bununla Mişel Ferrero İtaliyanın ən varlıları arasında birinci, dünya müstəvisində isə 20-ci yerdə idi.

Hazırda “Ferrero” şirkətinə Mişelin oğlu Ciovanni Ferrero rəhbərlik edir. O, şirkət CEO-su olmaqla yanaşı, eyni zamanda da yazıçıdır. Ciovanninin marketinq və sosial həyatla bağlı 7 kitabı yayımlanıb. İtalyan iş adamı Paola Rossi ilə evlidir. Cütlüyün Maykl və Bernard adında iki oğlu var.
Qeyd edək ki, sadəcə 3 nəsildə balaca şirniyyat mağazası 160-dan çox ölkədə mal satan, təxminən 40 min müştərisi olan və ildə 365 min ton “Nutella” istehsal edən “Ferrero”ya çevrilib. Hazırda “Ferrero” şirkəti dünyanın 3 nəhəng şokolad istehsalçısından biridir. Ciovanni özü isə uğurlarını belə dəyərləndirir: “Bu, ümidverici bir başlanğıcdır”.

