Kim Çen In ABŞ-la yalnız raket dilində danışır – Qərb mətbuatı

“Şimali Koreyanın yeni raket sınağı yalnız bir şeyi göstərdi – hədəfdə artıq Vaşinqtondur. Kim xanədanı hər şeyi gözə alıb”.

“Tramp administrasiyası hərbi müdaxilə daxil olmaqla, Şimali Koreyaya iqtisadi təzyiqin bütün formalarından istifadə edəcək”.

Musavat.com xəbər verir ki, Qərb mətbuatının Şimali Koreyanın yeni raket sınağı ilə bağlı şərhlərində bu rəylər və fikirlər yer alır.

“Pxenyan asta-asta, lakin inamla öz final məqsədinə – ABŞ-ı vurmaq qabiliyyətinə yaxınlaşır”, – İtaliyanın “Corriere della Sera” qəzetindən Quido Olimpio yazır.

Müəllif sonuncu sınaq zamanı raketin 13 min km qət etdiyini xatırladaraq bunun ABŞ paytaxtı üçün real təhlükə törətdiyini bildirib.

“Sentyabr ayından bu yana Kim rejimi qarşısısına qoyduğu məqsəd naminə texnologiyaların əldə edilməsi və texniki əngəlləri aradan qaldırmaq üçün xarici dövlətlərlə müxtəlif əməliyyatlar həyata keçrib. Lakin ən əsası ondan ibarətdir ki, o, tutduğu mövqedən 1 millimetr belə geri çəkilmədi”,- məqalədə qeyd dolunur.

Yazıda diplomatik dairələrin münaqişənin nizamlanması ilə bağlı Çinə göndərdiyi xüsusi nümayəndəni rədd edən Şimali Koreya liderinin kompromisə gəlməkdən qaçınmasını narahatlıqla izlədiyi bildirilir.

“Artıq Şimali Koreya probleminə tam ciddi surətdə yanaşmağın vaxtı gəlib çatıb”, – Almaniyanın “Die Welt” qəzetindən Torsten Krauel yazır.
Alman icmalçı yeni qitələrarası raketin uçuşunun 54 dəqiqə çəkdiyini, maksimal hündürlüyünün 4,5 min km-ə qədər çatdığını, uçuşun isə 960 km-ə qədər davam etdiyini vurğulayır.

“13 min km məsafəni qət etmək qabiliyyətində olan “Xvason-15” qitələrarası ballistsik raketin buraxılmasının artıq bir mənası var: “Kim Çen In bununla şərqdə nəinki Yaponiya və Quam adaları, hətta Vaşinqtonla birlikdə ABŞ-ın bütün ərazisini vurmağa qadir olduğunu göstərmək istəyir”, – məqalədə yazılıb.

Müəllif bu raketlərin əhatə qabiliyyətinə görə Qərbdə Çin və Qazaxıstanı, habelə bütün Rusiya ərazisindən uçmaqla Tenerife və Yaşıl buruna qədər Avropanı da öz hədəfinə götürə bildiyini qeyd edir.

“Son kommunist diktaturası, Stalinsayağı partiya mərasim və rituallarını saxlayan tək dövlət olan Şimali Koreya nüvə silahı üzrə ABŞ, Rusiya və Çinlə eyni səviyyəyə yükəsib”, – Krauel yazır.

Müəllif bununla bağlı bir sıra nəticələrə gəlib:

“Birincisi, Kim sülaləsi qəbul olunmuş bütün siyasi normalardan kənara çıxaraq hər dəliliyi etmək qabliyyətini nümayiş etdirir. İkincisi, Pxenyan uzaq Şotlandiyada hərbi təlimlər həyata keçirən NATO-nu hədələməkdən çəkinmir. Üçüncüsü, Şimali Koreyanın buraxdığı raketin nüvə başlığı göydə vurulsa belə 2 km hündürlükdə parçalanması halında dəhşətli fəlakətə yol aça bilər. Nəhayət, dördüncüsü, növbəti qitələrarası raketin hidrogen bombasını daşıyacağını gözləmək tamamilə mümkündür.

Yazıda ABŞ-da bəzi dövlət adamlarının administrasiyanı qətiyyətli hərəkətlərə çağırdığı da vurğulanır:

“Əgər biz bütün bunlara son qoymaq üçün müharibəyə başlamalı olsaq, əmin olun ki, bunu edəcəyik. Şimali Koreya ilə savaş açılması onların öz təqsiqləri ucbatından baş verəcək”,- respublikaçı senator Lindsi Qrehemin CNN-ə verdiyi müsahibədən sitat gətirlib.

ABŞ-ın “The New York Times” qəzeti isə son sınağın prezident Donald Trampın Şimali Koreyanı terrorçu ölkələr siyahısına daxil etməsindən sonra həyata keçirilməsinə diqqət çəkib.

ABŞ-ın “Narahat alimlər birliyi” (Union of concerned scientists) adlı təşkilatının üzvü və nüvə sahəsində aparıcı ekspertlərdən sayılan Devid Rayt raketin iyul və sentyabrda keçirilən əvvəlki sınaqlardan daha yaxşı nəticə göstərdiyini bildirərək artıq bütün ABŞ-ın təhdid altında olduğunu söyləyib.

“Bu tip əzələ nümayişi onların müvəffəqiyyətə nail olmasını göstərmək üçündür”, – Rayt qəzetə bildirib.

Yazıda administrasiyanın soyuqqanlı davranışına diqqət çəkilir.

Qəzetin Ağ Evdəki qaynaqlarından birinin söylədiyinə görə, D. Tramp Şimali Koreyaya iqtisadi təzyiqi gücləndirmək məsədilə dövlətləri öz ətrafında sıx toplamağa davam edəcək. Bununla belə, rəsmi məqanlar hərb yolunun daima açıq olduğunu ifadə edirlər

Musavat.com

Vacib

Nəşr edilib: 2017/11/30 17:00

Baxış: 213


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06