Kim Çen In İsveçrədə təhsil alarkən də özünü diktator kimi aparırmiş

Şimali Koreyanın diktatoru Kim Çen In haqqında yeni bioqrafik məlumatlar bu adamın hələ uşaqlıqdan tiranlığa meylli olduğunu nümayiş etdirib.

“The Telegraph” qəzetinin yazdığına görə, onunla bağlı yeni informasiyalar “The Washington Post” qəzetini yazarı Anna Fayfild tərəfindən yazılan “Böyük varis: Kim Çen Inın gizli yüksəlişi və hökmdarlığı” adlı kitabında göstərilib.

Kitaba görə, Kim Çen In uşaqlıqda olduqca dəbdəbəli həyat keçirib. Onun hətta 11 yaşında “Colt 45” markalı şəxsi tapançası belə olub.

Müəllfin yazdığına əsasən, Kim Çen Inın güclü xarakteri atasının seçimini daha çox qiyamçı pleyboy olan və Makaoya (Çin) sürgün edilən Kim Çen Nam, habelə digər böyük qardaşı Kim Çon Çxoldan ona tərəf çevirib.

Şahidlər Kim Çen Inın öz xarakterini uşaqlıqdan bəlli etdiyini deyirlər. Məsələn Pxenyandakı sarayda uzun müddət çalışmış Kendzi Fudzimoto adlı yapon aşpaz onun hələ 6 yaşındaykən miniatür hərbi formada gəzdiyini və bir dəfə onu “iyrənc yapon” deyərək təhqir etdiyini deyib.

Kim Çen In 12 yaşına çatanda, 1996-cı ildə İsveçrənin Bern şəhərinə özəl məktəblərdən birinə göndərilir. Burada o qardaşı Kim Çon Çxolla birlikdə xalası Ko Yun Suk və onun əri Ri Ranqla yaşayıb. Onların adları İsveçrədəki sənədlərdə iki qardaşın valideynləri kimi keçir.

Keçmiş sinif yoldaşlarının sözlərinə görə, Kimn akademik qabiliyyəti aşağı dərəcədə olub. Gələckədə həm xalasının ərinin, həm də qardaşının ölüm əmrini verəcək bu adam məktəbli yoldaşları ilə tez-tez dalaşırmış.

“İsveçrədə keçirilən illər gələcək lideri daha tərəqqipərvər etmək əvəzinə, onu daha da aqressivləşdirib. Burada Kim Çen In belə bir demokratik düzəndə “heç kim” olmayacağını anlayıb. Buna görə də həmin illər ona ölkəni dəyişdirmək yerinə, babası və atasını tanrıya çevirən sistemi qorumağa inandırıb”, – deyə A.Fayfild yazır.

Müəllifin fikrincə, hər şeyə rəğmən Kim Çen ölkədəki bəzi həqiqətləri də görməzdən gəlmir. Məsələn bu yaxınlarda o, ölkədə keçirilən, xüsusilə azyaşlı uşaqlara saatlarla məşq etdirilərək əziyyətin verildiyi kütləvi oyunları dayandırıb. Həmin vaxt bu tədbir ölkə xaricində kəskin şəkildə tənqid olunurdu, valideynlər isə rüşvət verərək övladlarının belə bir mənasız yarışdan kənarlaşdırmağa məcbur qalmışdılar.

Lakin hazırda belə bir adamın hansısa köklü islahatlara əl atması sadəlövhlük kimi görünür.

“Onlar (rəsmi Pxenyan nəzərdə tutulur) çəkic və zindan arasında olduqlarını bilirlər. Əgər hansısa islahat keçirsələr, dərhal məhv olacaqlar. Bu səbəbdən rejim hər şeyi olduğu kimi saxlamağa cəhd edir. Lakin xanədanın bundan sonrakı taleyi daha qeyri-sabit hala gələcək. Hazırda Pxenyanda heç kimin nə etmək lazım olduğunu bilmədiyi iflic vəziyyət hökm sürür”, – deyə məqalənin sonunda belə bir nəticəyə gəlinib.

Dünya

Nəşr edilib: 2019/06/26 15:34

Baxış: 173


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06