Kim Çen In Papa ilə görüşmək istəyir
Şimali Koreyanın lideri Kim Çen In katoliklərin dini lideri Papa Fransisi Pxenyana dəvət edib.
Minval.İnfo xəbər verir ki, Mavi Saraydan verilən açıqlamaya görə, Kim Çen In Roma papasıyla rəsmi görüş niyyətindədir.
Qeyd edək ki, Şimali Koreyada dinə qarşı münasibət heç də yaxşı deyil. İnanc azadlığı olmasına baxmayaraq ibadət qadağandır. 2013-cü ildə 80 nəfər xristiyan evlərində İncil olduğu üçün bir stadionda edam olunmuşdu.
Vüqar
XƏBƏR LENTİ
2025/11/19 14:22


