“Kimsə gəlib şlaqbum qoyub, maşın saxlamaq olmur” – Deputatdan ETİRAZ
Bunu Regional msələlər üzrə komitəsinin sədri Arif Rəhimzadə rəhbərlik etdiyi komitənin bu gün keçirilən iclasında “Bələdiyyələrin status haqqında” qnaun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bir sıra hallarda bələdiyyələrin səlahiyyəti müəyyən edilmədiyindən hansı addımları atmağın lazım olduğunu bilmirlər.
“Avtodayanacalqla bağlı mənə şikayətlər daxil olur. Təbii ki, avtodayanacaqlar olmalıdır, Ancaq onlar da bir qanunamüvafiq qaydada fəaliyyət göstərməlidirlər. Onların əsasnamələri olmalıdır. Mənə Bakının Nizamı rayonu əraziində 8-ci km ərazisindəki dayanacaqla bağlı şikayət daxil olub. Orada Birinci vitse-prezidentin təşəbbüsü ilə gözəl bir park yaradılıb. Ancaq nəticədə kimsə gəlib orada şlaqbum qoyub və avtomobilləri orada saxlamağa imkan vermir. Kimsə orada maşın saxlaya bilməz. Bilmək istərdim ki, bələdiyyələrin bundan xəbəri var ya yox. Hərə öz bildiyi kimi hərəkət edir. Axı bu avtodayanacaqlar da qanuna uyğun şəkildə fəaliyyət göstərməlidirlər. Belə olmaz axı… Ora şlaqbaum qoyanlar kimsəni buraxmır. Bir qadın bazarlıq edib evinə rahat getmək istəyir ona imkan verilmir. Gecə vaxtı təciliyardım maşını gəldi ona imkan verilmir. Bütün yaradılan xidmət sahələri əhaliyə xidmət etməlidir. Daha onlara maneçilik yaratmaq üçün yox” – komitə sədri deyib.
(olke.az)
XƏBƏR LENTİ
2025/11/19 14:22


