Kino xadimlərinə Prezidentin fərdi təqaüdü verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:
Babayeva Zemfira Baba qızı
Sadıxova Zemfira Emin qızı.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

