Kirayə qaldığı evdə dəm qazından boğulub öldü
Bakıda 45 yaşlı kişi hamamda çimərkən dəm qazından boğulub.
Baku.ws xəbər verir ki, hadisə bu gecə 01:30-da Binəqədi rayonunda qeydə alınıb.
1974-cü il təvəllüdlü Elçin Məcnun oğlu Sadıqov kirayə yaşadığı Y.Hüseynov küçəsi ev 9 ünvanının hamam otağında dəm qazından zəhərlənib və ölüb.
Daxil olan məlumata əsasında hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

