“Kırgın çiçekler”in Kaderi Bakıda: Feyxoa, “Küçələrə su səpmişəm” və gözyaşı (Fotolar, Video)

“Kırgın çiçekler” serialında canlandırdığı Kader obrazı ilə populyarlaşan aktrisa Çağla Irmak Bakının qonağı olub.

Musavat.com xəbər verir ki, “Çakallarla Dans-5” filminin rejissoru Murat Şeker ilə birlikdə jurnalistlərin suallarına cavab verən aktrisa paytaxtımızı sevdiyini dilə gətirib: “Bakını çox sevdim, gözəl binalar, küçələr var. Hətta 15-20 günlük Bakıya tətilə gəlmək istəyirəm. Artıq Bakı ilə bağlı xəyallarım var. Yeməkləriniz çox dadlıdır. Düyü ilə toyuq qızartması yedik, dadlı idi. Bundan əlavə ilk dəfə feyxoanın dadına baxdım. Bir kilo aldım, İstanbula aparacağam”.

Aktrisa rol aldığı “Kırgın çiçekler” serialından da bəhs edib: “Bakıya gəliş səbəbim “Çakallarla dans-5” filmidir. Amma Bakıda insanlar məni “Kırgın çiçekler” serialı ilə tanıyıb. Məni görüb, öncə təəccüblənləndilər, sonra gülməyə başladılar. Fotolar çəkdirdik. Şəkillərimin altında azərbaycanlı tamaşaçılar şərhlər yazır. Ona görə Azərbaycanda tanındığımı və gözəl münasibət görəcəyimi bilirdim. Bəzən tamaşaçılar məni görüb ağlayırlar. Deyirlər ki, necə böyük acılar çəkmişik. Mən də onlara baxıb ağlayıram”.

Çağla azərbaycanlı sənətçiləri tanımadığını deyib. O, “Küçələrə su səpmişəm” mahnısını sevdiyini də dilə gətirib.

Rejissor Murat Şeker isə Bakını çox sevdiyini, ötən il “Deli ormanlı” filminə görə ölkəmizdə mükafatlandırıldığını açıqlayıb. Rejissor Bakıda film çəkmək arzusunu da gizlətməyib.

 

Mədəniyyət

Nəşr edilib: 2019/11/27 12:00

Baxış: 132


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06