KİV: “Əfqanıstan Prezidenti “İnterpol” xətti ilə axtarışa verilib”

Əfqanıstanın Tacikistandakı səfirliyi ölkədən qaçmış Prezident Əşrəf Qəninin həbsi ilə bağlı “İnterpol”a müraciət edib.
“Minval.info” xəbər verir ki, bu barədə “Tolonews” mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ə.Qəni ilə yanaşı, onun milli təhlükəsizlik üzrə müşaviri Həmdulla Mohib və administrasiya rəhbəri Fəzl Mahmud Fəzl də axtarışa verilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

