KİV: Lionel Messi daha bir ay yaşıl meydanlardan kənarda qala bilər

İspaniyanın “Barselona” komandasının futbolçusu Lionel Messinin zədəsi uzun çəkə bilər.
“Report” RAC1-ə istinadən xəbər verir ki, 32 yaşlı hücumçu daha bir ay yaşıl meydanlardan kənar qalacaq. Argentinalı forvard zədə səbəbindən Kataloniya təmsilçisinin ABŞ-dakı təlim-məşq toplanışını və La Liqanın birinci turunu buraxmalı olub.
Qeyd edək ki, Messinin ayaq əzələsində problem var.. “Barselona”da Luis Suares, Usman Dembele və qapıçı Neto da zədəlidir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

