Kiyev yeni fəlakətin astanasında -“Sezium-137” buludu paytaxta doğru irəliləyir
Xəbər verildiyi kimi, Çernobıl AES-in yerləşdiyi ərazidə meşə yanğınları nəticəsində yeni radiasiya təhlükəsi yaranıb.
Almaniyanın “Die Tageszeitung” qəzetinin yazdığına görə, yanğın fəlakəti rəsmi Kiyevi qəfildən yaxalayıb, onsuz da pandemiya səbəbindən iqtisadi vəziyyəti ağırlaşan ölkənin durumunu daha da ağırlaşdırıb.
Məlum olduğu kimi, qəza zonasında yanğın bu ilin arelin 4-də başlayıb və artıq 3,5 min hektarlıq ərazini külə döndərib.
“Çernobıl zonası belə bir miqyaslı fəlakətə hazır deyildi. Qəza zonasındakı bəzi yanğın ocaqları elə yerlərdə yaranıb ki, oraya nəqliyyat, yanğınsöndürmə texnikası gedib çatmır”,-deyə Çernobıl zonası üzrə dövlət agentliyini rəhbəri Yekaterina Pavlova jurnalist Benhard Klazenə danışıb.
Yerli xəbərlərə əsasən, yanğın bölgəsinə 3 təyyarə və 3 helikopetin köməyi ilə 240 ton su atılıb, 379 yanğınsöndürən prosesə cəlb edilib.
Ötən həftənin cümə günü isə Dövlət Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə elmi-texniki mərkəzi daha bir qorxulu xəbəri elan edib. Məlum olub ki, təhlükəli və radioaktiv “seizum-137” maddəsi yanğın tüstüsü ilə birlikdə paytaxta yaxınlaşır. Bununla bağlı Ukraynanın ən böyük ekologiya təşkilatı sayılan “Ekodiya”nın rəhbəri Aleksey Pasyuk da danışıb. O, yanğının söndürülməsində iştirak edən insanlar üçün böyük təhlükə yarandığını bildirib.
“Fəlakət nəticəsində Çernobıl qəzası zamanı bitkilərə və yer səthinə qonan sezium və stronium kimi maddələr yenidən atmesferə qalxıb. Əgər onun zərrəcikləri ciyərlərə və insan qanına keçsə o zaman orqanizmdə uzun illər boyu davam edəcək problemlər yaranacaq”,-deyə A.Pasyuk söyləyib.
Yekterina Pavlova qəza zonasında yanğın törəməsində bir neçə faktoru sıralayıb. Bunlardan biri iqlim dəyişikliyidir. Ukraynada görünməmiş isti qış quru otların tez alışmasına səbəb olib. Bundan başqa yanğın əleyhinə öncədən bir sıra görülməli tədbirlər icra edilməyib. Həmçinin qəza reaktorunu ətrfındakı qısaqapanma xətlərinin, kabellərin və elektrik ötürücülərinin çoxluğu əlavə problem yaradır.
“Yanğınlara, qəza zonasına sanksiyalaşdırılmamış turizmə qarşı görüləcək tədbirlər, habelə nüvə tullantıları lə düzgün davranılması kimi məsələlər təkcə beynəlxalq birliyin görəcəyi iş deyil. Bunu Ukrayna dövləti özü etməlidir və büdcədən ciddi maliyyə vəsaiti tələb olunur,”-deyə Aleksey Pasyuk söyləyib.

