Kiyevdə Radanın binası qarşısında toqquşma başlayıb
Kiyevdə Ali Radanın binası qarşısında hüquq mühafizə orqanının əməkdaşları və etirazçılar arasında toqquşma başlayıb.
Minval.İnfo xəbər verir ki, bu haqda məlumatı “112 Ukraina “ kanalı verib. Binanın mühafizəsi möhkəmləndirmək üçün Kiyevin mərkəzinə 4 mindən çox güc sturkturları cəlb olunub.
Qarşıdurma zamanı etiraz edənlər beş maşının təkərini yandırıblar, polis əməkdaşları bunun qarşısını almağa çalışanda isə aksiyaçılar gözyaşardıcı qazlardan, daş və başqa əşyalarla buna mane olublar.
İnsident zamanı hüquq mühafizə oraqnın bir əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, yanvar ayının 16-da Ali Rada Donbasın reinteqrasiyası haqqında qanun layihəsini nəzərdən keçirəcəkdi.
Zeynəb
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22


