Əkizlər canlı efirdə ağladı: “Evimin həm kişisiyəm, həm də qızıyam” – VİDEO
Əkiz müğənnilər Sevil və Sevinc ARB TV-nin “Səhər-səhər” verilişinin qonağı olub.
Ataları barəsində danışan zaman əkizlər ağlayıblar: “Mən həmişə dara düşəndə atamın yanına gedirdim, ağlayırdım, sakitləşirdim. Onda bilirdin ki, ailənin başında atan var. Amma bu gün mən bacımla ailə başçısı sayılıram. Evimin həm kişisiyəm, həm də qızıyam. Ailəmizə biz baxırıq. Atam dünyasını dəyişəndə, yanımızda heç kim yox idi.
Anam, qardaşım Murmanskda idi. Bilet tapa bilmədikləri üçün çatdıra bilmədilər. Biz iki bacı atamızı dəfn eləmişik. Bu, çox ağır idi. İnsanlar bəzən bizi anlamır. Dağ boyda, sağlam atamızı itirdik. Nə bizim, nə də qardaşımın toyunu görə bildi”.
XƏBƏR LENTİ
2025/11/19 14:22


