Klublarımızdan Avroliqada uğursuz çıxış
Avropa Liqasında Azərbaycanı təmsil edən hər klublarımız zəif oyun sərgiləyib.
“Neftçi” dünənki qarşılaşmada darmadağın olaraq yarışla vidalaşıb. Flaqman “Uypeşt”lə Macarıstanda keçirdiyi cavab görüşündə 4:0 hesabı ilə məğlub olub.
“Neftçi” ilk görüşdə 3:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, cavab oyununda böyük hesabla məğlub olaraq turnirlə vidalaşıb.
Beləliklə, “Keşlə” və “Qəbələ”nin ardınca “ağ-qaralar” da ölkə azarkeşlərini məyus edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

