Köhnə qaz limitləri SİLİNDİ — sabahdan necə hesablanacaq? – İZAHI

Sabahdan ölkəmizdə qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetr qazdan 2200 kubmetr qaza qədər artırılır.
Qərar bu gün Tarif Şurasının iclasında qəbul edilib.
Minval.İnfo Redaktor.az-a istinadən bildirir ki, sabahdan bu il üçün istifadə olunan bütün limitlər sıfırlanacaq. İstehlakçılara 2019-cu il may ayının birindən növbəti ilin may ayına qədər 2200 kubmetr qaz limiti veriləcək.
Qeyd edək ki, 2200 kubmetr qaz limiti 220 azn dəyərindədir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

