Kölgəyə görə ərəbdən 5 manat aldığı deyilən şəxs DANIŞDI – VİDEO

Ötən ay Quba rayonunun Qəçrəş kəndində ağacın kölgəsində dincəlmək istəyən turistlərdən 5 manatın tələb olunması xəbəri insanlar tərəfindən narazılıqla qarşılandı. Həmin məkanın sahibinin bu addımı sərt reaksiyaya tuş gəldi. İnsanlar sosial şəbəkələrdə kölgəyə görə 5 manat tələb etdiyi deyilən şəxsin ünvanına neqativ rəylər yazdılar. 

Məsələ ilə bağlı Quba sakini, həmin ərazinin sahibi Zaman Niftəliyev minval.info-ya açıqlama verib.

O, yayılan məlumatların yanlış olduğunu və insanların məsələni səhv anladığını söyləyib:

“Quba rayonunda bizə ayrılan kənd təsərrüfatı təyinatlı pay torpağında ağacın altına bir masa və bir samovar qoymuşam. Ərəblər gəlib burada çay içiblər. Bunun qarşılığında onlardan 5 manat tələb olunub. Ərəblər masanın üzərinə 2 manat atıb getmək istəyəndə, mübahisə yaşanıb. Yəni çayın pulunu tam ödəməyiblər. Bu səbəbdən problem ortaya çıxıb. Biz müsəlmanıq, qeyri-müsəlman və ya qeyri-ərəb olsun, fərqi yoxdur, ağac kölgəsinə görə heç kimdən pul istəmərik”.

Z.Niftəliyev insanların məsələni yanlış anlayıb sosial şəbəkələrdə onları təhqir etməsinə narazılığını və narahatlığını dilə gətirib:

“Bu məlumatda səhvlərə yol verilib. İnsanlarda yanlış təsəvvür yaranıb. Burada deyildiyi kimi hadisə baş verməyib. Özüm ikinci qrup əliləm. İş qabiliyyətim yoxdur, yalnız bununla çörək pulu qazanıram. Baxırlar videoya, altından kobud, təhqiramiz sözlər yazırlar. Başa düşürsünüz, biz də insanıq, heç kim şərəfini itirməyib. Şərəfsiz deyilik ki, kölgəyə görə kimdənsə pul tələb edək. Quba həmişə qonaqpərvərliyi ilə seçilib, belə səhvlərə yol vermərik”.

Samir Mirzə / Minval.info

Ağacın kölgəsinə görə ərəbdən 5 manat istədi, dava düşdü – Azərbaycanda (FOTO, VİDEO)

Gündəm

Nəşr edilib: 2018/08/01 14:07

Baxış: 6105


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06