Komanda 8-0 məğlub oldu – Qapıçı meydanı tərk etdi – VİDEO
Türkiyənin ikinci liqasında mübarizə aparan “Mersin İdmanyurdu” – “Eyüpspor” oyununun 38-ci dəqiqəsində qapıçı Həsən Daş hesab 4-0 olanda tərəfdarların etirazına görə meydanı tərk etdi, yerinə başqa qapıçı girdi.
Minval.info xəbər verir ki, komanda yoldaşlarının bütün cəhdlərinə baxmayaraq razı salına bilməyən 23 yaşındakı qapıçının yerinə Dursun Cem Ateş oyuna girib.
Hasan Daşın sərt reaksiyasının damğa vurduğu oyun “Eyüpspor”un 8-0 qələbəsi ilə bitib.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

